“WhatsApp” bu telefonlarda işləməyəcək

09
mar
2021
08:21
Məşhur mesajlaşma tətbiqi "WhatsApp" "iPhone"un köhnə versiyalarına xidməti dayandıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.
Bildirilir ki, "WhatsApp"ın təzə beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək dayandırılıb.
Qeyd edək ki, "WhatsApp" tərəfindən mobil qurğularla bağlı son qərar 2020-ci ilin fevralında verilib. Həmin qərarla "WhatsApp" Android 2.3.7 versiyasında işləyən smartfonlara xidməti dayandırmışdı. Bununla yanaşı, iOS 8 və daha köhnə versiyalarda da artıq 1 ildir ki, "WhatsApp" işləmir.
Oxşar xəbərlər
Sabahdan “WhatsApp” bu telefonlarda işləməyəcək - VİDEO
2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messenceri bəzi telefonlarda işləməyəcək. BAKU.WS xəbər verir ki, “WhatsApp” əməliyyat sistemləri iOS 9 və ya Andr...