SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Anar Məmmədxanlının anım günüdür.
 
Anar Məmmədxanlı 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmub və 1992-ci ildə təhsilini başa vurub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.
 
Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı idi.
 
2003-cü ildə Day.az saytını yaradıb və 7 ilə yaxın rəhbəri olub. 
 
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış 2005) Milli Məclisinin deputatı seçilib.

23 Aprel 2011-ci ildə vəfat edib. Evli idi, 3 övladı yadigar qalıb.
 
Allah rəhmət eləsin! 
 
BAKU.WS