SİZİN REKLAM BURADA!
055 213 76 73


Torpaqlarımıza azadlıq gətirənlərin sırasında onun da imzası var - 22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin...

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə 22 yaşlı şəhid gizirimiz Xudayar Yusifzadənin yeni görüntüləri yayılıb.

Videodan da göründüyü kimi Xudayar Yusifzadə məclislərin birində iştirak edib. O, öz səsi və rəqsi ilə məclis iştirakçılarını heyran edib.

Qeyd edək ki, gizir şəhid İkinci Qarabağ müharibəsində, oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunurdu. Cəbhədə canı-qanı ilə vuruşan minlərlə vətən övladından biri idi gizir Xudayar Yusifzadə. Ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəs sevdi onu.

22 yaşlı gənc doğulandan 24 gün sonra atasını itirib. Xudayar evin sonbeşiyi idi: üç qardaş, bir bacının ən kiçiyi.

Atasız böyüyən Xudayarı nənə-babası himayəsinə götürür. Atasından qalan ev Xudayar hərbi xidmətdə olanda elektrik naqillərinin qısaqapanmasından yanaraq kül olduğundan kirayələrdə qalırdı. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilməyib.

BAKU.WS
VİDEO