Gəncə sakinindən 2,3 kq narkotik götürüldü

06
iyn
2020
15:11
Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində əməliyyat keçiriblər.
Əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Yorğanın içində narkotik çıxdı- FOTO
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticə...