VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il mayın 20-i gecə saat 3 radələrində Xəzər Rayonu 2-ci Polis Şöbəsinə Binə qəsəbəsində ağır cinayət törədilməsi haqda məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları Südçülük sovxozu, yeni yaşayış massivində Vasif Əliyevin meyitini aşkar ediblər.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, səhər saat 7-də isə Zaur Rzayev adlı şəxs polis şöbəsinə gələrək, törətdiyi cinayəti etiraf edib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Vasif Əliyevin ölümünə səbəb sağ bazunun yuxarı üçdə birinin əzələ toxuması və arteriyanın kəsilməsi nəticəsində kəskin qanitirmə olub. Keçək məsələnin təfərrüatına. Zaur boşandığı arvadı Maral Rzayeva ilə övladı Samirə Rzayeva barəsində məsələni həll etmək istəyib.

Yəni qızı Samirənin keçmiş həyat yoldaşı və onunla qeyri rəsmi yaşayan Vasif Əliyevlə bir evdə qalmalarının qarşısını almaq üçün münasibətləri aydınlaşdırmaq istəyib.

2019-cu il mayın 19-unda Zaur keçmiş həyat yoldaşıgillə telefonla danışarkən mübahisə edib və yaşadıqları evə gələrək, orda olan bütün şəxsləri öldürəcəyini bildirib. Niyətini həyata keçirtmək üçün gecə saat 3 radələrində onların kirayədə yaşadıqları evə gəlib. Əlində bıçaqla pəncərədən evə daxil olub.

Bıcaqla qızı Samirəyə xəsarətlər yetirib. Vasif Samirənin qışqırıq səsinə oyananda, Zaur ona 6 bıçaq zərbəsi endirib. Bundan sonra Marala hücum edərək, qızının gözləri qarşısında ona ardıcıllıqla 9 zərbə vurub. Ardınca qarşısına çıxan ev sahibi Qəmər Nadiyevanın sol çiyin nahiyəsinə də xəsarət yetirib. Lakin qadın əlindəki dəmir parçası ilə müdafiə olunub və onu evdən çıxartmağa çalışıb. Qarışıqlıq yarandığından Zaur Rzayev hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur bildirib ki, Maral Rzayeva ilə nigahından 2 övladı var. Astaradan Bakıya köçəndən sonra bir müddət Zirə qəsəbəsində yaşayıblar. Həyat yoldaşı Maral isə istixanada fəhlə işləyib. İstixananın müdiri Zaura Maralın sürücü Vasiflə yaxın münasibətinin olduğunu deyib. 2018-ci il avqustun 8-də onlar boşanıblar.

Hadisədən əvvəl o, Vasifə arvadından və qızından uzaq durması barədə xəbərdarlıq edib. Lakin Vasif onun sözlərinə məhəl qoymayıb. Hadisə baş verən gün Maralın Rəfiqə adlı rəfiqəsi Zaura zəng edərək, keçmiş arvadının qayınanası olduğunu deyib, Maraldan əl çəkməyini və bir də ona zəng etməməyini bildirib. Bundan sonra Zaur Binə qəsəbəsinə yollanıb. Onun Maralın kirayə yaşadığı evə getməkdə əsas məqsədi qızı Samirəni rayona göndərmək olub.

Çünki Maralla görüşən Vasifin onun qızı ilə birlikdə bir evdə yaşamasını istəməyib. Ona görə də həmişə Vasifdən övladından uzaq durmasını tələb edib. Lakin nə Vasif, nə Maral, nə də ki, qızı onu ciddi qəbul etməyiblər. Əksinə onlar üçü birlikdə bir evdə, hətta bir otaqda yaşayıblar.
Maralın evinə çatandan sonra pəncərədən evə daxil olub.

Qarşısına çıxan qızını əli ilə itələyib, Samirəni bıçaqlamaq istəməyib, lakin çox əsəbi olduğundan bıçaqla ona xəsarət yetirib. Ardınca Marala və Vasifə çoxsaylı zərbələr endirib. Vasif yerə yıxılıb, Qəmər üstünə gələndə, ona da xəsarət yetirib, törətdiyi əməldən qorxaraq hadisə yerindən qaçıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, heç kimi öldürmək fikri olmayıb. Qətlə yetirmək istəsəydi hamısını öldürərdi.

Zərərçəkmiş Samirə Rzayeva anası Maralın atası Zaurdan 4 il əvvəl boşandığını bildirib. Atası anasının Vasiflə yaşamasını xəyanət kimi qəbul edib. Vasifin isə ona qarşı münasibəti çox yaxşı olub, atasının göstərmədiyi qayğını göstərib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Anaxanım Əliyeva və zərərçəkmiş Qəmər Nadiyeva Zaurla barışdıqlarını, şikayətlərinin olmadığını bildiriblər. Keçmiş həyat yoldaşı Maral və qızı Samirə isə Zaura ağır cəza verilməsini istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 45 yaşlı Zaur Rzayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS
VİDEO