VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il avqustun 31-də Respublika Klinik Xəstəxanasından Yasamal Rayon Polis İdarəsinə bıçaq xəsarəti ilə Bakı şəhər sakini Fərid Məmmədzadənin daxil olması və orada vəfat etməsi ilə əlaqədar məlumat daxil olub. Hadisə yerinə baxış keçirilən zaman səki üzərində səpələnmiş və torpaqla qarışmış şəkildə qanabənzər ləkələr aşkar edilib.

BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, sentyabrın 1-də şübhəli şəxs qismində Bakı şəhər sakinləri 27 yaşlı Həmid Babaverdiyev, Cahandar Cavadlı və 25 yaşlı Rüfət Bunyadzadə saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Həmid avqustun 31-i saat 19 radələrində qohumu Rüfət və tanışı Cahandarla birlikdə, Cahandarın avtomobili ilə hərəkət edərkən, qəflətən “Volkswagen Passat” markalı avtomobil qarşılarına çıxıb. Həmin avtomobili idarə edən Fərid Məmmədzadə və sərnişin Ravin Rəhimli ilə aralarında mübahisə başlayıb. Həmid və dostları maşından düşərək onların hərəkətinə yol vermədiklərini bəhanə edib qrup halında Fəridə hücum ediblər. Həmid üzərindəki bıçaqla Fəridi qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Həmid Babaverdiyev bildirib ki, təhsil aldığı Ukraynada imtahanları bitdikdən sonra avqustun 17-də Bakıya qayıdıb. Ayın 31-də dostları ilə avtomobillə hərəkətdə olarkən “Volkswagen Passat” markalı avtomobil sağ tərəfdən onların qarşısına keçib. Həmin avtomobilin sürücüsü Fərid Məmmədzadə pəncərədən onları təhqir etməsi Həmidi əsəbləşdirib. İşıqfordan keçdikdən sonra maşınları saxlayıb, dava ediblər.

Fərid Həmidə kənara keçməyini deyərək sağ əlinin dirsəyi ilə çənəsinin sol tərəfindən zərbə vurub və söyüş söyüb. Ardınca Cahandarın üzərinə gedib. Həmid onu özündən kənarlaşdırmaq üçün cibindən qatlanmayan metal rəngli bıçaq çıxardıb və qorxutmaq üçün aləti Fəridə tərəf uzadıb. Fərid geri addım atıb və "polis" deyərək qışqırmağa başlayıb. Həmid polislərin gələcəyindən qorxub, gəldikləri avtomobilə əyləşərək ərazidən uzaqlaşıb. Evə gəlib valideynlərinə hadisə barədə danışıb. Daha sonra atası ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gedib. Həmidin sözlərinə görə, Fəridi öldürmək fikri olmayıb. Zərərçəkmiş Ravin Rəhimli isə ifadəsində bildirib ki, dostu Fərid, Həmid və Cahandarla əlbəyaxa olub. Həmid isə onu əvvəlcə başı, daha sonra isə yumruqla vurub. Sonra əlindəki bıçaqla Fəridi bıçaqlayıb.
Fəridin sinəsini tutaraq “təcili yardım çağırın” qışqırdığını görəndə Həmid Cahandar və Rüfətlə hadisə yerindən qaçıblar. Bu zaman Yol Patrul Xidməti avtomobilində 2 nəfər polis əməkdaşı yaxınlaşıb və onların köməyi ilə Fəridi xəstəxanaya aparıblar. Orada isə həkimlər Fəridin öldüyünü bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həmid Babaverdiyev 19, Cahandar Cavadlı və Rüfət Bunyadzadə hər biri 2 il müddətinə azadlıqdan məhrum olunublar.

BAKU.WS
VİDEO

QALEREYA