İranlı Azərbaycana külli miqdarda narkotik maddə gətirərkən tutuldu - FOTO

İranlı Azərbaycana külli miqdarda narkotik maddə gətirərkən tutuldu - FOTO
Hadisə 388
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, 10 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “metamfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər