İrandan Azərbaycana narkotik vasitələr keçirmək istəyənlər ələ keçdi - FOTO

21
okt
2019
11:04
Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxşar xəbərlər
İran-Azərbaycan sərhədində insident - 1 sərhədçi bıçaqlanıb - FOTO
Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığ...
