İran vətəndaşı daxili orqanlarında Azərbaycana narkotik keçirmək istədi – FOTO
08
noy
2018
14:34
Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb.
Bu barədə qurumdan BAKU.WS-ə məlumat verilib.
DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda böyük əməliyyat: 108 kq heroin aşkarlandı
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalç...