Bakıda oğrunu hələ həbsxananın dəmir barmaqlıqları arasına düşməmiş cəzalandırıblar. Gözətçi yaxaladığı oğrunu elə döyüb ki, o, gözünü açanda özünü xəstəxana yatağında görüb.

BAKU.WS
sputnik.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 3-də, saat 21:10-da Xocahəsən qəsəbəsində naməlum şəxs mühafizə olunan avtomobil dayanacağının ərazisinə gəlib və Lənkəran rayon sakini, 1976-cı il təvəllüdlü Ətrafi Salayevə məxsus Daf markalı yük avtomobilindən iki akkumulyatoru söküb.

Oğrunu iş başında elə həmin avtodayanacağın gözətçisi, 1992-ci il təvəllüdlü Quliyev Şəhriyar İltimas oğlu yaxalayıb. Gənc gözətçi oğrunu saxlayaraq elə döyüb ki, o, xəstəxanalıq olub. Oğrunu avtodayanacaqdan birbaşa Kliniki Tibbi Mərkəzə aparmalı olublar.

Hazırda pasientin durumu qənaətbəxş qiymətlənirilir.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluq etdiyinə görə Qaradağ rayon Polis İdarəsi tərəfindən axtarılan 1983-cü il təvəllüdlü Hacıyev Ramil Ramiz oğludur.

Faktla bağlı araşdırma aparılır. Hacıyevin digər oğurluq faktlarında iştirakı araşdırılır.

Şəhər polisinin verdiyi statistik məlumata görə, bu sutka ərzində Bakıda 29 şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan 6 oğurluq faktının üstü açılıb.

Bundan əlavə, avqustun 6-da ayın 1-dək törədilmiş daha 3 oğurluğun üstü açılıb.

BAKU.WS