SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

BAKU.WS
“Report” agentliyinə istinadən xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi “Saipa” markalı avtomobili ilə yaşadığı “Kubinka” kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

BAKU.WS