SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonunda ailə üzvlərini qəlt etməkdə günahlandırılan Əhməd Əhmədovun illər əvvəl daha bir nəfəri bıçaqladığı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Space TV-nin “Gəl danış” verilişində canlı efirinə qoşulan Nadir adlı şəxs Əhmədin onu bıçaqladığını bildirib.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO