Ailəsini baltalamaqda təqsirləndirilən Əhməd barədə daha bir dəhşətli fakt - VİDEO

Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonunda ailə üzvlərini qəlt etməkdə günahlandırılan Əhməd Əhmədovun illər əvvəl daha bir nəfəri bıçaqladığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, Space TV-nin “Gəl danış” verilişində canlı efirinə qoşulan Nadir adlı şəxs Əhmədin onu bıçaqladığını bildirib.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Ailəsinin qətlində təqsirləndirilən Əhmədə bu qədər cəza veriləcək - VİDEO
Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli şəxs qismində istintaqa cəlb olunan Əhməd Mehman oğlu Əhmədov haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib...
