VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2019-cu il aprelin 17-də Azər Manafov küçəsi 15/21 ünvanında baş vermiş yanğınla bağlı hadisə yerinə Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Alovun qarşısı alınandan sonra evdə yaşayan Validə İbrahimovanın (1946-cı il təv.) yanmış meyiti aşkar edilib. Əvvəl ehtimal olunub ki, mənzildə tək yaşayan qadın tüstüdən boğularaq dünyasını dəyişib.

Məlumat əsasında Nizami RPİ 25-ci PŞ və rayon prokurorluğunun əməkdaşları ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Validə İbrahimovanın ölümünə mexaniki asfiksiya səbəb olub. Yəni, yanğından əvvəl o, boğularaq qətlə yetirilib.

Nizami rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aprelin 22-də DİN məlumat yayıb ki, polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb.

Aprelin 19-da Bakı şəhər sakinləri Amil Piriyev (2000-ci il təv.), ayın 20-də əvvəllər məhkum olunmuş Ziya Dadaşov saxlanılıb.

Saxlanılan şəxslər özünü "Leyla” kimi tanıdan qadının sifarişi ilə hadisəni törətdiklərini etiraf ediblər. Həmin gün şübhəli şəxs qismində Bakı şəhər sakini Həmidə Nəsibova (1987-ci il təv.) saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Həmidə Nəsibova əri Nicat Həsənovun qohumu Gülyaz Zülalovanın əmlakını ələ keçirmək məqsədilə sonuncuya guya Daxil işlər orqanlarında işlədiyi və şəxsi əlaqələrindən istifadə edərək istənilən vətəndaşa pensiya ayrılmasına nail ola biləcəyi barədə yalan məlumat verməklə onu aldadıb.

Ona və bacısı Mehriban Zülalovaya pensiya düzəldəcəyinə yalan vəd verərək 2018-ci ilin aprel, iyun və noyabr aylarında Gülyaz Zülalovadan 7.000 manat nağd pul alaraq sonuncuya qarşı dələduzluq edib.

Bundan başqa o, təkrarən Gülyaz Zülalovanın qonşusu Səbirə İsmayılovaya mobil telefonda proqram vasitəsilə hazırladığı polis geyimindəki fotoşəkilini təqdim etməklə özünün daxili işlər orqanlarında işləməsinə inam yaradıb.

Pensiya düzəltməsi üçün ona qabaqcadan 1.500, sonra isə hissə-hissə olmaqla əlavə 1.500 manat verməsini təklif edərək Səbirə İsmayılovadan bu adla 2018-ci il dekabrın 1-də 1.500 manat alıb.

Eyni üsulla o, sonuncunun bacısı Nəzakət Həsənovdan dekabrın axırlarında 2.000 manat nağd pul vəsaitini ələ keçirib.

Bundan başqa Həmidə Nəsibova təkrarən əvvəllər tanıdığı Reyhanxanım Muğbilovanın Nizami rayonu, R.Teymurov küçəsi 30 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından təxminən 40.000 manat əldə etdiyini bilib və bu barədə tanışı Azər Ağayevə məlumat verməklə ora basqın etməyi təklif edib. Əldə olunan vəsaitdən 18.000 manatı ona verəcəyini söz verib.

Azər Ağayev tanışları Şaiq Pirəliyev, Namik İbrəhimov və Namiq Niftullayevlə razılaşmaqla onları həmin cinayətin törədilməsinə cəlb edib.

Həmidə Nəsibova Azər Ağayevə Reyhanxanım Muğbilovanın yaşadığı mənzilin yerini göstərib, onun yaşlı olmasını və gün ərzində mənzildə tək qaldığını bildirib.

Onun təşkilatçılığı əsasında qrup üzvləri 2019-cu il yanvarın 6-sı saat 13:30-da həmin ünvana gedib, özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək hazırda yaşadığı 40 nömrəli mənzili də satın almaq niyyətində olduqları, bu məqsədlə fotoşəkillər çəkmək, daşınmaz əmlaka aid sənədlərlə tanış olmaq istədikləri barədə yalan məlumatlar veriblər.

Aralarında aparılmış vəzifə bölgüsünə görə hücum edib, qadının ağzını və əl-ayağını yapışqan lentlə bağlayıblar. Hamam otağında döşəmə üzərinə ataraq ona xəsarətlər yetiriblər. Daha sonra evdən 800 manat pulu və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçiriblər.

Bundan başqa Həmidə Nəsibova təkrarən özünü Pirallahı rayon sakinləri Ziya Dadaşov və Amil Piriyevə özünü “Leyla” adı ilə təqdim edərək əvvəllər tanıdığı sələmə pul verməklə məşğul olan, 1946-cı il təv. Validə İbrahimovanın yaşadığı mənzildə 100.000 manatdan artıq pul və girov kimi qoyulan təxminən 1 kq qızıl əşyaları olması barədə məlumat verib.

Basqın etməklə qəsdən öldürüb külli miqdarda əmlakını ələ keçirmək, mənzili yandırmaq və əldə olunan əmlakı aralarında bərabər bölməyi təklif edib, maddi maraq yaratmaqla Dadaşov və Piriyevi cinayətin törədilməsinə cəlb edib.

İbrahimovanın yaşlı olması, tək yaşaması, qulağının zəif eşitməsi, mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə zəruri məlumatlar verib, təşkilatçılıq etməklə evi əyani şəkildə qrup üzvlərinə göstərib.

Cinayətin izini itirmək üçün meyitin olduğu yataq otağındakı dolabın gözlərindəki paltarları döşəmə üzərinə tökərək alışqanla odlayıb, mənzilin 2732 manat dəyərində hissəsini və orada qalan 1230 manat dəyərində əşyaları yandırmaqla məhv ediblər.

Bundan başqa, 2019-cu il aprelin 1-də Amil Piriyev vətəndaş Arzuman Hüseynova məxsus və sonuncunun tanışı Famil Veysovun müvəqqəti yaşadığı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla daxil olub.

Həyətdən götürdüyü metal linglə müdaxilə edərək evin pəncərəsinə vurulmuş dəmir barmaqlığı qoparmaqla yaşayış sahəsinə girib.

Qonaq otağında qutuda sökülmüş vəziyyətdə saxlanılan bir ədəd 1360 manat dəyərində, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, "Ata Arms" modelli ov tüfəngini, ona məxsus rəsmi sənədləri tamah məqsədilə gizli yolla talayıb.

Namiq Niftullayev tanışı Bəylər Cangirovla vətəndaş Mirxas Cəfərova Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən torpaq sahəsində saxlanılan 6500 ədəd mişar daşını 2017-ci ilin sentyabrın 21-dən 23-dək olan müddət ərzində hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb zərərçəkmişə 2600 manat ziyan vurmaqla oğurlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziya Dadaşov 19, Amil Piriyev 18, Həmidə Nəsibova 17, Namiq Niftullayev 10, Namik İbrəhimov və Şaiq Pirəliyev 8 il müddətinə azadlıqdan məhrum olunublar.

BAKU.WS
VİDEO

QALEREYA