Ermənistan ordusunun atdığı raketlər buna görə partlamır - SƏBƏB
"Ermənistanın atdığı "Smerç" raketləri 30-35 il bundan qabaq istehsal olunan Rusiya silahlarıdır. Rusiya bir neçə il bundan öncə silah anbarlarını yenilədi. Həmin köhnə silahlar Ermənistana da kredit yolu ilə satılıb".
BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
Sabiq briqada komandiri qeyd edib ki, həmin raketlər hansısa təlimlərdə istifadə olunmalıydı: "Amma Ermənistanın həmin imkanları yoxdur ki, bahalı raketləri təlimlərdə sınaqdan keçirsin. Məhz buna görədir ki, onların atdığı 3 raketdən biri partlayır.
Amma əksini biz Azərbaycan ordusunda görürük. Ordumuz iri miqyaslı təlimlərdə arsenalındakı sistemlərdən istifadə edərək onların hansı vəziyyətdə olmasını bilib. Bizim hərbçilərimiz, peşəkar heyətimiz çox hazırlıqlıdır. Çünki onlar daim təlim keçib, praktiki vərdişlərini təkmilləşdiriblər".
Oxşar xəbərlər
Ermənistan “Skad” raketlərini Qarabağda “döyüş hazırlığı” vəziyyətinə gətirdi
Ermənistan Müdafiə Nazirliyi özünün YouTube kanalında Qarabağda son günlər vəziyyətin kəskinləşməsinə həsr olunmuş təbliğat roliki yerləşdirib. Virtualaz.org x...