Qarabağda ermənilər tərəfindən suriyalı muzdlular döyüşür - VİDEO
Ermənistan silahlı qüvvələrinin sıralarında Suriyadan gələn muzdlu döyüşçülərin olduğu təsdiq olunur.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda muzdlunun çəkdiyi görüntülər yayılıb.
Ermənilərlə birlikdə döyüşən muzdlular bunun müqabilində pul alırlar. Ancaq rəsmi Yerevan bu məlumatları gizlətməyə çalışır.
Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirir ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistana aparılıb.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.
A.Sarkisyan bildirib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...