VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata məsasən, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum təmkinli olmağa çağırış edilib:

"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Münaqişə tərəflərinin və digər ölkələrin maksimum təmkin göstərmələri üçün dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulandı".

BAKU.WS