SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qarabağda daha bir erməni hərbçi ölüb. 

BAKU.WS Erməni KİV-lərinə istinadən xəbər verir ki, muzdlu hərbçi Robert Abramyan postda başından güllə yarası almış halda aşkarlanıb. Faktla bağlı hərbi növbədə olarkən təhlükəsizlik qaydalarının pozulması maddəsilə cinayət işi açılıb. Hərbçinin öz döyüş yoldaşları tərəfindən qətlə yetirildiyi də istisna edilmir.
 
Qeyd edək ki, Qarabağda Ordumuzun keçirdiyi hərbi əməliyyatlarından qorxuya düşən erməni hərbçilər arasında panika başlayıb. Aprelin 5-də cəbhədə atəşkəs haqqında əldə olunmuş razılaşmadan sonra bu Ermənistan ordusununun Qarabağda yerləşdirilən hərbi birləşmələri arasında 6-cı ölüm faktıdır. Erməni tərəfdə ordudan yayınma hallarının kəskin artdığı deyilir.