Ərdoğan və Britaniyanın baş naziri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Britaniyanın baş naziri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Siyasət 3356

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

BAKU.WS-in məlumatına görə, telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginlik olmaqla regional məsələlər müzakirə edilib.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib.

Oxşar xəbərlər

Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin növbə...

1258 Siyasət 22:12 21 sentyabr 2020

Son xəbərlər