SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Həm prezident Vladimir Putin, həm də baş nazir Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daima müxtəlif ideyalar irəli sürüblər”.

BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirdiyi görüşlərlə bağlı "TASS” agentliyinin direktoru Mixail Qusmana müsahibəsi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, təkliflərin detalları barədə məlumat verməyəcək. "Amma danışıqlar masası ətrafında bir neçə həll variantı var. Biz bunları ötən gün prezident İlham Əliyevlə görüş zamanı da müzakirə etdik. Bizmin səylərimiz davamlı olacaq”, - deyə Lavrov bildirib.

Lavrov qeyd edib ki, ideyalar arasında Dağlıq Qarabağın ərafındakı rayonların azad edilməsi və ora statusun verilməsi məsələsi var.

"Təmas xəttində snayperləri var. Bu çox təhlükəlidir. İndiki situasiya bizim hamımızı ayıldacaq və teziklə bu tədbirləri razılaşdırmağa məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir”, - deyə Lavrov qeyd edib.
 
BAKU.WS