Bakının üç rayonu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
"Azərişıq" ASC Bakı şəhərinin Xəzər, Binəqədi və Sabunçu rayonlarında elektrik təchizatının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlayır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 2 milyon 921 min manat təşkil edir.
Layihə çərçivəsində həmin rayonlarda paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq. İşlərin əsas məqsədi elektrik şəbəkəsində yaranan gərginlik düşmələrinin aradan qaldırılması və əhalinin getdikcə artan enerji tələbatının etibarlı şəkildə qarşılanmasıdır.
Nəticədə elektrik enerjisinin daha sabit ötürülməsi təmin ediləcək, şəbəkədə baş verən nasazlıqların və enerji itkilərinin azalacağı gözlənilir. Bundan əlavə, yeni yaşayış məntəqələri və digər obyektlərin elektrik şəbəkəsinə qoşulması üçün də əlavə imkanlar yaradılacaq.
Oxşar xəbərlər
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...