Bakı-Quba yolunda ağır qəza baş verib, ölən və yaralananlar var
02
iyl
2026
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...