SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni əsgər ölüb. 
 
BAKU.WS-in məlumatına görə, 6 aprel tarixində muzdlu hərbçi Armen Qasparyan (1974-cü il) öldürülüb. Ermənistan tərəfi hadisənin baş vermə səbəblərini araşdırır. 

Xatırladaq ki, son iki gündə Ermənistan tərəfindən 5 itki olduğu açıqlanıb. Söz yox ki, bu itkiləri ermənilər təmas xəttində gedən ağır döyüşlərdə veriblər. Sadəcə olaraq, ermənilər atəşkəs əldə olunandan sonra itkilərini açıqlamaqla bir növ dünya ictimaitinə Azərbaycanın atəşkəsə əməl etmədiyini sübut etməyə çalışırlar. Öz əsgərlərinin meyitindən xal qazanmaq üçün istifadə edən düşmən yalnız və yalnız yazıq obrazına bürünməyə və Azərbaycanı hədəfə çəvirməyə çalışır. 
 
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, ordumuz 5 aprel tarixində əldə olunan atəşkəsə əməl edir və düşmənin təxribatlarına hələ ki cavab verilmir. Meyitlərini soyuducu kameralarda saxlayan ermənilər atəşkəs əldə edildikdən sonra itkilərini açıqlayaraq həm xalqını, həm də dünya ictimaiətini aldatmağa cəhd edir.
 
Şahin Həbibov
BAKU.WS