SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan tərəfi böyük itkilər verib. 

BAKU.WS xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində bu barədə paylaşım edib.

O bildirib ki, 10 hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti xüsusilə ağırdır.

Ancaq Ermənistanın real itkiləri bundan qat-qat çoxdur. Praktika onu göstərir ki, ermənilər hər dəfə Azərbaycana qarşı təxribat törətdikdən sonra ağır itkilər verərək ölü və yaralı saylarını sonrakı günlərdə hissə-hissə açıqlayırlar. Ona görə də üzümüzə gələn günlərdə Ermənistan KİV-də erməni hərbi qulluqçularının avtomobil qəzasına düşərək həlak olması, tok vurması nəticəsində vəfat etməsi xəbərlərini gözləyirik. 

Qeyd edək ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusu düşməni yerində oturdub və cavab zərbələri endirilib. 

BAKU.WS