SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” - Reabilitasiya Məntəqəsi istifadəyə verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir.

Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.

Həmçinin 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “RehaPoint”-də “Açıq qapı” günləri keçirilir. 3 dekabr tarixinə qədər nzərdə tutulan “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstərilir.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçirilir.

“RehaPoint” - Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.

BAKU.WS
QALEREYA