Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır
Yeniliklərdən dərhal xəbərdar olun
"Yalı Çapkını"nın aktrisası Afra Saraçoğlu bu dəfə şəxsi həyatı ilə maqazin dünyasının gündəminə çevrilib.
BAKU.WS xəbər verir ki, iddialara görə, artıq onun adı iş adamı Poyraz Yosmaoğlu ilə hallanır.
Bu barədə "Gel Konuşalım" verilişində aparıcı Ece Erken açıqlama verib.
O verilişdə bildirib ki, Saraçoğlu ilə Yosmaoğlu Kopenhagen şəhərində əl-ələ görülüb, hətta onlar birlikdə konsertə də qatılıblar.
Aparıcının sözlərinə görə, aktrisa Kopenhagendan etdiyi paylaşımda ürək emojisi istifadə edib.
Qeyd edək ki, bu məlumatlarla bağlı tərəflər hələlik bir açıqlama verməyib.
Qalereya
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...