UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq
29
apr
2026
09:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.
Görüş "Metropolitano" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Matçı niderlandlı Denni Makkeli idarə edəcək.
Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...