Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır?

Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır?
Video
Sosial 18

"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir.

Baku TV-nin məlumatına görə, ağır materialların daşınması ilə məşğul olan şirkətdə sürücü və digər texniki işlərdə çalışan şəxslər bildirirlər ki, ödənişlərin verilməsi beş aya yaxındır müxtəlif bəhanələrlə yubadılır.

Şikayətçilərdən biri bildirib ki, ilyarım həmin müəssisədə çalışsa da, hazırda 1 300 manat alacağını ala bilmir. O, həmçinin heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını və artıq altı aydır ödənişlə bağlı boş vədlər verildiyini vurğulayıb.

Məsələ ilə bağlı "AzerGold" QSC-nin şöbə müdiri Ariz Tarverdiyev qeyd edib ki, səhmdar cəmiyyətlə "Global Mining" MMC arasında 6 dekabr 2022-ci il tarixində imzalanmış müqavilənin qüvvədə olma müddəti bu il fevralın 6-da başa çatıb: "Global Mining" MMC qeyd olunan müqavilə çərçivəsində "AzerGold"un Göygöl rayonunun Tülallar kəndində yerləşən eyniadlı qızıl mədənində süxur daşıma və digər əlaqəli işləri podratçı qismində icra edib.

Görülmüş işlərə görə bütün ödənişlər "AzerGold" tərəfindən tam şəkildə və nəzərdə tutulmuş müddətdə həyata keçirilib. Hazırda adıçəkilən şirkətlə hər hansı aktiv müqavilə və ya borc öhdəliyi yoxdur".

Ariz Tarverdiyev vurğulayıb ki, "Global Mining" MMC-nin öz subpodratçıları və ya əməkdaşları qarşısında yarana biləcək hər hansı öhdəlikləri "AzerGold" QSC-yə aid deyil və şirkət bu kimi hallara görə məsuliyyət daşımır: "Eyni zamanda müqavilənin hüquqi qüvvəsinin başa çatması səbəbindən qeyd olunan məsələ ilə bağlı hər hansı təsir və ya müdaxilə imkanları da mövcud deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər