SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib.
 
BAKU.WS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
 
Şahin Həbibov
BAKU.WS