Cəbhədə erməni PUA-ları məhv edildi

Cəbhədə erməni PUA-ları məhv edildi
Siyasət 1656
 

Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinə məxsus 2 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair sorğusuna Müdafiə Nazirliyi mətbuat xidmətindən cavab olaraq bildiriliblər ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilərin Qarabağda kvadrokopterini ələ keçirdik (FOTO)

Ermənilərin Qarabağda kvadrokopterini ələ keçirdik (FOTO)

Ermənistan tərəfi xüsusi cihazla cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən BAKU...

1727 Siyasət 09:31 20 aprel 2016

Son xəbərlər