Şəhid Anar Kazımov hərbi xidmətə belə yola salınmışdı - VİDEO

Sosial şəbəkələrdə ötən gün şəhid olan əsgər Anar Kazımovla bağlı yeni görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, video Laçında şəhid olan əsgərimizin evində çəkilib. Anar hərbi xidmətə yola salınması münasibətilə təşkil edilən məclisdə dostları ilə xeyli rəqs edib.
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. O, 4 ayın əsgəri olub. 2004-cü il təvəllüdlü Anar Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...