SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

BAKU.WS