SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin Qarabağla bağlı bəyanatını şərh etməkdən imtina edib.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ rayonlarının bir hissəsini qaytarmağı öz öhdəsinə götürüb.
 
Jurnalistlər bu bəyanata Putindən münasibət öyrənmək istəyib: "Hər şeydən əvvəl, mən güman edirəm ki, həmkarlarımın fikirlərini şərh etmək mənim vəzifəmə daxil deyil. Mənim fikrimcə, siz dəqiq məlumat əldə etmək üçün bilavasitə bəyanatı verən şəxsə müraciət etməlisiniz", - deyə Putin bildirib. 

Eyni zamanda, Rusiya dövlət başçısı qeyd edib ki, danışıqlar kifayət qədər mürəkkəb işin gedişatında baş tutur və bütün aktiv diplomatik vasitələr tətbiq edilir. 
 
BAKU.WS