Sərhədlərlə yanaşı səmalar da açılır: Bakı-İrəvan reysi artıq uzaq deyil

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə proqramda Azərbaycanla Ermənistan arasında normallaşma prosesindəki yeniliklərdən danışılıb.
Verilişdə Ermənistan və Azərbaycanın bir-birlərinin hava məkanından qarşılıqlı istifadəyə start verdiyi vurğulanıb.
Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi 30 avqust gecəsi xaricə uçmaq üçün Azərbaycanın hava məkanından keçib və 6 sentyabrda geri qayıdarkən eyni marşrutu seçib. Bu fakt rəsmi şəkildə təsdiqlənərək ictimaiyyətə açıqlanıb.
Qeyd olunub ki, bu prosesin fonunda Vaşinqtonda imzalanan birgə sülh bəyannaməsi dayanır. Hava yollarının açılması illərlə davam edən gərginliyin yumşaldığını göstərir. Qarşılıqlı uçuşların bərpası regionda sülh və etimadın möhkəmlənməsinin mühüm simvolu kimi qəbul edilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu"
Bu gün Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı...
