HƏMAS Qəzzadakı liderinin sağ olduğunu AÇIQLADI
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın hələ də sağ olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat hərəkatın rəsmi "Telegram" kanalında yayımlanıb.
Bəyanatda qeyd olunur ki, HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib. Ziyarət gücləndirilmiş təhlükəsizlik tədbirləri altında həyata keçirilib və hərəkətləri ciddi nəzarət altında olub.
Qeyd edək ki, bir müddət əvvəl İsrail HƏMAS-ın Dohadakı iqamətgahını hədəf almışdı. Bu insident zamanı bəzi xəbərlərdə Xəlil əl-Hayyanın və bir neçə HƏMAS rəsmisinin öldüyü iddia edilmişdi. Lakin hərəkatın bu açıqlaması liderin sağ olduğunu təsdiqləyir və yayılan əvvəlki məlumatları təkzib edib.
Ekspertlər bildirirlər ki, belə açıqlamalar həm HƏMAS daxilində əminliyi qorumaq, həm də tərəfdarlarını sakitləşdirmək məqsədi daşıyır. Eyni zamanda, hadisə bölgədə siyasi gərginliyi artıran faktor kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Süni intellektin səhvi qadını 108 gün həbsdə saxladı
ABŞ-nin Tennessi ştatında yaşayan 50 yaşlı Anjela Lipps süni intellekt əsaslı üz tanıma sisteminin səhvi nəticəsində törətmədiyi cinayətə görə 108 gün həbsdə qa...