VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Azərbaycanın aprel döyüşləri zamanı azad etdiyi əraziləri geri qaytarmaq istəyən erməni veteranlar silahı haradan əldə edəcəklər? Silahlar Müdafiə Nazirliyinin balansındadır. Həmin silahlar həm hərbi hissələrin, həm də nazirliyin anbarlarda yerləşdirilib. Həmin şəxslər hər hansı əmrə tabe olmadan, heç bir səfərbərlik olmadan hansı yolla ön xəttə gecəklər?”

Bu sözləri erməni veteranların Azərbaycana hücum edəcəkləri ilə bağlı bəyanatlarını şərh edən Müdafiə Nazirliyinin ehtiyatda olan hərbçisi, general-leytenant Yaşar Aydəmirov ANS TV-nin "Xəbərçi" verilişinin qonaq olarkən deyib. Onun sözlərinə görə, qarşı tərəfin keçmiş səhra komandirlərinin bu fikirləri reallıqdan uzaqdır və şou xarakterlidir:

"Bu reklam xarakteri daşıyan bir çıxışdır. Ermənistan hakimiyyəti sözsüz ki, bunun qarşısını almalıdır. Bu, anarxiyaya doğru atılan növbəti addımdır. Əgər söhbət ehtiyatda olan hərbçilərdən gedirsə, həmin hərbçilər səfərbərlik ehtiyatlarıdır və müdafiə nazirinin qərarından sonra orduya çağırıla və ön xəttə gedə bilərlər. Əgər onlar belə çıxışlar edə bilirlərsə deməli Ermənistanda müxtəlif tirəlik davam edir və məsələni həll etməyən müxtəlif qüvvələr var”.

General-leytenant onu da bildirdi ki, belə bir hal baş versə Azərbaycan Silahlı Qüvvələrinin ön xəttə duran hərbçiləri heç bir səfərbərlik elan etmədən, heç bir qüvvəni ön xəttə çəkmədən özləri cavab verəcəklər:

"Həmin veteranların bu addımı sadəcə Azərbaycana şans verəcək. Bu dəfəki addımda isə bir neçə strateji yüksəklik yox, bir neçə rayonu işğaldan azad ediləcək. Məgər bir bunu gözləmirik?”

Daha əvvəl Ermənistanda müxalif cərəyanlardan birinin rəhbəri Qaqerin Çukazyan, onun müavini Qurucan Avetisyan, veteranlardan ibarət "Şaqan batalyonu"nun keçmiş hərbçiləri Azərbaycana hücumla bağlı senssasion bəyənatla çıxış ediblər. Onların birinci Qarabağ müharibəsi veteranlarında ibarət 1000 nəfərlik könüllü yığması barədə məlumatlar da var.

Həmin hərbçilər bildiriblər ki, onlar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı itirilmiş 800 hektar ərazini azad etməyə hazırlaşırlar. Öz müraciətlərində veteranlar və könüllülər hətta bəyan ediblər ki, Ermənistan hakimiyyətinin müdaxiləsinə onlar hərbi yolla cavab verəcəklər.  
 
BAKU.WS