VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib.

İştirakçılara Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb.

Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da, yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr şəhərdə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.

Beynəlxalq musiqi festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır.

BAKU.WS
QALEREYA