12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bu gün Ermənistan mətbuatında ermənilərin ən adlı-sanlı generallarının səhhətlərində problem yaranması haqda xəbərlər yayılıb.
 
BAKU.WS-in məlumatına görə, bir neçə gün əvvəl həbs edilən Çlinaqaryan adlı general bu gün hospitala yerləşdirilib. Bu gün daha bir erməni generalının da vəziyyəti qəflətən pisləşib. Ermənistan ordusunun qərargah rəisi general Xaçaturov təcili əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu deyilir. Bundan başqa Ermənistan mətbuatı müdafiə naziri Seyran Ohanyanın da son günlər özünə xas olmayan əsəbi vəziyyəti haqda informasiyalar yayıb.
 
Ermənistan KİV-i generalların bir-bir "sıradan çıxması"nı "dördgünlük müharibə" ilə əlaqələndirir. Aprel döyüşlərində Erməni ordusuna sarsıdıcı zərbə vuran əsgərlərimizin işi "gec açılan bomba" effekti verməkdədir. Erməni ictimaiyyəti illərdir ölkə rəhbərliyinin yalanlarına uyaraq məğlubedilməz erməni ordusu mifinə əbəs yerə inandığını artıq başa düşməyə başlayıb. Erməni xalqı ordu rəhbərliyinin dərhal istefaya göndərilərək həbs edilməsini tələb edir. Erməni generallar bu təzyiqə dözməyərək bir-bir sıradan çıxırlar. Belə demək mümkünsə ordumuzun aprelin əvvəlindəki Ermənistan ordusuna azacıq zərbəsi domino effekti yaradıb. Düşmən ordu bir zərbədən parçalana-parçalana gedir. 
 
AZAD Əliyev