VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı çərçivəsində keçirilən qala-konsertdə təsirli anlar yaşanıb.

Konsert zamanı ekranlarda əvvəlcə ümummilli lider Heydər Əliyevin vaxtilə Şuşa ilə bağlı səsləndirdiyi fikirlər yer alıb.

Daha sonra isə Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətindən bir hissə yayımlanıb:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhdlərimizin, Ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa biz Səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Görüntülər festival iştirakçıları arasında böyük coşğu ilə qarşılanıb.

BAKU.WS
VİDEO