SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan prezidenti Serj Sarkisyan apreldə "dördgünlük müharibə"nin gedişatında əldən verdikləri itkiləri açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, prezident bildirib ki, Ermənistan silahlı qüvvələri təhlükəsizlik zonası kimi 800 min hektar əraziyə malik idi. Sarkisyanın sözlərinə görə, ordu 800 hektar ərazini döyüşlər zamanı itirib.
 
"Taktik və strateji nöqteyi nəzərdən bu ərazilər hər hansı mühüm ərazi sayılmır. Azərbaycan tərəfi deyir ki, bu ərazilər xüsusi əhəmiyyətə malikdir. Amma mən istəyərdim ki, siz başqa nöqteyi-nəzərdən bu məsələyə baxasınız. Bizim itirilmiş əraziləri qaytarmaq imkanımız var idi, ancaq o zaman itkilərimiz daha da artacaqdı".
 
BAKU.WS