Fransalı hüquqşünas: "Gördüklərimiz müharibə cinayətidir"

"Gördüklərimiz və hadisələrə baxaraq qiymət verdiyimiz faktlar odur ki, yaşananlar müharibə cinayətidir. Əsas məqsədimiz baş verənləri tam öyrənmək, müfəssəl şəkildə araşdırma aparmaqdır".
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən bu fikirləri Gəncə şəhərində səfərdə olan fransalı hüquqşünas Yassine Yakouti bildirib.
"Bundan sonra, Ermənistanın əməllərinə hüquqi qiymət veriləcək. Bu araşdırmaları aparmaq üçün daha bir neçə gün buradayıq. Gəncə həqiqətən müharibə ərazisindən uzaq olan şəhərdir. Belə olan halda niyə mülki vətəndaşlar hədəfə alınıb. Amma bir faktı əminliklə deyə bilərəm ki, gördüklərimiz müharibə cinayətidir", - deyə hüquqşünas sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Fransız hüquqşünaslar Gəncədə raket atılan əraziyə baxıb - FOTO
Fransadan olan hüquqşünaslar Ağdamdan sonra Gəncə şəhərində səfərdə olub. BAKU.WS-in yerli bürosunun verdiyi məlumata əsasən nümayəndə heyəti Ermənistanın Vətən...
