Hərbi Prokurorluq: "Mindən çox şəhidin şəxsiyyəti istintaq yolu ilə müəyyən olunub"

Bu günə qədər ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanıb dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində mərkəzlər yaradılıb.
İndiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1 022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.
Oxşar xəbərlər
Hazırda 24 hərbçi itkin düşmüş sayılır - RƏSMİ
"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və...