SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni əsilli rus iş adamı Karen Xaçatryan Ermənistan ordusuna yardım edib. 
 
BAKU.WS-in məlumatına görə, biznesmen orduya çox sayda hərbi təcili tibbi yardım maşını göndərilib. İş adamı ermənilərin cəbhədə itkilərinin çox olacağını güman etdiyi üçün məhz bu maşınları cəbhə bölgəsinə göndərib. 
 
Bildiyiniz kimi aprel döyüşlərində postlarını qoyub qaçan ermənilər, heç yaralı və ölmüş əsgərlərinə belə yaxın durmamışdı. Onları təmas xətttində qoyaraq qaçan erməni əsgərlər sonradan xalq tərəfindən sosial şəbəkələrdə sərt tənqid edilmişdi.  
 
Bu hadisənin təkrarlanmaması üçün hətta Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yaralı və həlak olmuş əsgərləri operativ şəkildə döyüş bölgəsindən çıxarmaq üçün təlimlərə start vermişdi. 
 
Şahin Həbibov
BAKU.WS