Azərbaycanlı biznesmendən Qarabağdakı erməni əsgərlərə mükafat vədi: 10 min
Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov Qarabağda olan erməni hərbi qulluqçularına müraciət etdi.
BAKU.WS-in məlumatına görə, o, erməni əsgərlərinə və zabitlərə təslim olmağı təklif edib. Azərbaycanlı milyoner hər bir təslim olmuş əsgər üçün 10 min dollar, hər zabit üçün isə 15 min dollar ödəyəcəyini bildirib.
Paşa Məmmədovun müraciətində deyilir: "Bu torpaqlar sizə aid deyil, hətta sizin atalarınıza da aid deyil. Bəs yad torpaq üçün həlak olmağa dəyər?".
O erməni əsgərləri əmin edir ki, təslim olmuş əsgərlərə Azərbaycan dövləti tərəfindən təhlükəsizlik təminatı veriləcək. Bundan başqa, o vurğulayıb ki, erməni əsgərlər tərəfindən ötürülən hər informasiyaya görə xüsusi məbləğ ödəniləcək.
Bütün bunlardan başqa, biznesmen bildirib ki, sıradan çıxarılan texnika ilə bağlı məlumatlar (foto, video, sənəd) barədə məlumatlara görə də əlavə mükafat veriləcək.
Paşa Məmmədovun müraciətində bildirilir: "Erməni əsgərlər və zabitlər özləri seçsin: ya siz yad torpaqda biabırçı ölümə məhkum olacaqsınız, ya da yaşayacaqsınız!"
BAKU.WS
Oxşar xəbərlər
Erməni zabit: "Azərbaycanlılar postdan bizə baxıb "Salam Vazgen" qışqırırlar"
Azərbaycan ordusu "dördgünlük müharibə" zamanı Xocavəndi tam nəzarətə götürüb. Ancaq ermənilərin köhnə T-72 tanklarının təmas xəttinə yeridilməsindən sonra Azər...