SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsində qələbəyə həsr olunmuş "Zəfər paradı" keçirilir.

BAKU.WS-in məlumatına görə, Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilir. "Zəfər paradı”nda həm də bu döyüşlərdə xüsusilə fərqlənən hərbi hissənin döyüş bayraqları nümayiş olunur.

Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri Xəzərin sahil sularında sıralanıb.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilir.

BAKU.WS
VİDEO