SİZİN REKLAM BURADA!
055 213 76 73


Əslən Masallıdan olan xüsusi təyinatlı polkovnik-leytenant Ramiz Cəfərovu döyüş meydanında düşmən yaxşı tanıyıb. O, hərbi hissə komandirinin müavini kimi həmişə ön sırada gedib, əsgərləri ilə çiyin-çiyinə döyüşüb.

BAKU.WS AZTV-yə istinadən xəbər verir ki, göstərdiyi şücaətə görə ona "Qartal" ləqəbi də verilib. Son döyüşü isə Şuşada olub. 

Qeyd edək ki, Ramiz Cəfərov Rusiya və Türkiyədə keçirilən təlimlərdə tez-tez iştirak edib və peşəkar hərbçi olub. 

Ömrünün 28 ilini vətənə xidmətə həsr edən Ramiz Cəfərov elə vətən yolunda da şəhid olub. 

BAKU.WS
VİDEO