VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Rəşadətli Ordusunun Dağlıq Qarabağda qalibiyyətindən sonra işğaldan azad olunan torpaqlarımızda və digər ərazilərimizdə içməli su problemi həll olunacaq.

BAKU.WS xəbər verir ki, artıq qurumaqda olan Tərtər çayında sululuq artıb. Bununla da quraqlıqdan əziyyət çəkən Tərtər, Ağdərə, Yevlax, Goranboy, Bərdə, Ağdam və Ağcabədi rayonlarında quraqlıq problemi həll olunacaq.

Qeyd edək ki, Tərtər çayı üzərində Suqovuşan su anbarı yerləşir. O, 1976-cı ildə istismara verilib, Tərtər çay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Su tutumu həcminə gəlincə, bu göstərici 5,86 milyon kub metrdir. Ümumilikdə 96 min 217 hektar torpaq sahəsinin suvarılmasına xidmət edir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov BAKU.WS-ə bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır.

“Bilirsiniz ki, 28 il işğal altında qaldı və Vətən müharibəsi nəticəsində, təbii ki, Ali Baş Komandanımızın rəhbərliyi və müzəffər ordumuzun səyi nəticəsində azad olundu. Bizdədir həmin su anbarı. Və bir neçə dəfə cəmiyyətimiz tərəfindən baxış keçirilib.

Bütün ərazilərdə olduğu kimi erməni vandalları oranı da dağıdıblar. Hazırda da suyun nizamlanmasında çətinlik çəkirik. Çünki onlar qapıları qırıblar. Düzələnə qədər suyun nizamlanması bir az çətinlik törədir”, - deyə Dilqəm Şərifov bildirib.

Dilqəm Şərifov onu da vurğulayıb ki, hazırda susuzluq hökm sürən torpaqlarda susuzqluq problemi həll olunacaq:

“Qeyd etmək istəyirəm ki, Tərtər, Ağdərə, Yevlax, Goranboy, Bərdə, Ağdam və Ağcabədi rayonunun su ilə təmin edilməsi nəzərdə tutulub.

Su anbarının əhəmiyyəti baxımından ərazi ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı su təminatı çətin olan bu ərazilərdə suyun verilməsi burada gələcəkdə su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlağın əldə edilməsinə təminat yaradacaq.

Bu ərazilərdə suyun öz axını ilə verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularından istifadəyə və elektrik enerjisinin sərfiyyatına tələbatın azalacağına səbəb olacaq. Bu zonadan əsasən subartezian quyularından istifadə edilirdi. Su anbarının olması enerji serfiyyatının qarşısını alacaq”.

BAKU.WS
VİDEO