SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilər Azərbaycana təhvil veriləcək Laçın və ətraf kəndlərindəki elektrik dirəklərini də sıradan çıxarırlar.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Erməni işğalçıları dirəkləri dağıdır və azərbaycanlıların istifadəsi üçün yararsız hala salırlar. Onların bu addımı nə qədər vəhşi və insani dəyərlərdən kənar olduqlarını ortaya qoyur.

Ermənistanın işğalından sonra Azərbaycanın rayon və şəhərlərinə yerləşən ermənilər 30 ildən sonra 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayaraq əraziləri tərk etmək məcburiyyətində qalıblar. Ermənilər köç prosesində özlərini zərərçəkmiş kimi göstərir və evlərindən didərgin düşdüklərini göstərməyə çalışırlar.

Azərbaycanın qanuni və tarixi torpaqlarında məskunlaşarkən bir gün oradan çıxarılacağını bilən ermənilər bu gün əraziləri tərk edərkən vəhşiliklərindən qalmırlar. Ermənilər onlara məxsus olmayan evlərdə uzun illər əvvəl məskunlaşmalarına baxmayaraq, indi oranı tərk edərkən yandırırlar. Həmçinin ərazidə olan infrastruktura ciddi ziyan vuran ağılsızlar sanki orada yaşayışın mümkün olmayacağını düşünürlər.

Qeyd edək ki, Laçın və ətraf kəndləri dekabrın 1-də işğaldan azad olunacaq və de-fakto Azərbaycanın tərkibinə qayıdacaq. İşğaldan azad edilmiş ərazilərdə yeni, müasir enerji təchizatı sistemi qurulacaq, oradakı köhnə elektrik dirəkləri yeni tipli elektrik xətləri üçün uyğun olmayacaq.

Orxan Hüseyn
BAKU.WS