SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Haber Global” telekanalı şəhid olan polkovnik Babək Səmidli haqqında süjet hazırlayıb.

Süjetdə onun sentyabrın 27-dən başlayan Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqları haqqında danışılıb.

Həmçinin, media mənsublarının Talış kəndinə səfəri zamanı Babək Səmidlinin verdiyi müsahibə, əsgərləri qarşısında çıxışı yayımlanıb.

Süjetdə Babək Səmidli Qarabağ zəfərinin gizli qəhrəmanı kimi təqdim edilib.

Xatırladaq ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

“Haber Global”ın hazırladığı süjeti təqdim edirik:

BAKU.WS
VİDEO