SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində "Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb.
 
APA-nın "kommersant.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Rusiya helikopterləri” holdinqinin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir.
 
Hesabatda göstərilir ki, İndoneziya, Banqladeş, Peru, İraq, Şri Lanka və Kuba holdingdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb.
 
Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holding gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib. 
 
BAKU.WS